Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi qalibləri mükafatlandırıldı

Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi qalibləri mükafatlandırıldı

Bu gün Heydər Əliyev adına liseydə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən "Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi" qalibləri mükafatlandırılıb. SİA-nınx xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir.

Onun sözlərinə görə, müsabiqə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib: "Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə 209 iş təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib olaraq müəyyənləşdirilib".

Tədbirin davamında müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə