Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirib

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə gənclər və idman nazirin müavini İntiqam Babayev, fondun icraçı direktoru Elçin Babayev və digər qonaqlar iştirak edib.

Elçin Babayev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi keçirilib. Gələcəkdə bu müsabiqələr daha geniş formatda keçiriləcəyini deyən E.Babayev qeyd edib ki, ölkə prezidentinin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və onunla əlaqədar Tədbirlər Planının 3 bəndində Elmin İnkişafı Fondu iştirak edir. Onun sözlərinə görə, keçirilən E. Babayev deyib ki, müsabiqədə 26 layihə qalib elan edilib: "Qalib layihələrin rəhbər və icraçıları AMEA-nın 37 institutundan 16-nın, 1 nazirliyin, 2 QHT-nin, 2 özəl müəssisənin, 6 ali təhsil müəssisəsinin əməkdaşlarıdır. Qalib gələn layihələrin 15-i fundamental-tətbiqi, 2-si axtarış-innovasiya, 2-si maddi texniki-təminat, 5-i ekspedisiya və çöl işləri, 1-i Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi, 1-i isə xaricdə qısamüddətli təcrübə keçməklə bağlı olub".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, gənclər arasında elmi fəaliyyətə marağı daha da genişləndirmək lazımdır. Onun fikrincə, bu kimi müsabiqələrin keçirilməsi Azərbaycanda gənclərin elmi yaradıcılığına yeni bir vüsət verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə