Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin ucqar ərazilərində məskunlaşan əhaliyə Səhiyyə şöbəsinin yüksək ixtisaslı həkim mütəxəssislərinin iştirakı ilə səyyar tibbi xidmətin keçirilməsi artıq bir ənənəyə çevrilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, növbəti belə bir səyyar tibbi müayinə Beynəlxalq Sağlamlıq günü münasibətilə Zeynalabdin Tağıyev qəsəbəsində keçirilib. Sakinlərə həmin gün terapevtik, pediatrik, cərrahi, nevroloji, otolarinqoloji, stomatoloji, ginekoloji, oftalmoloji, endokrinoloji tibbi xidmətlə yanaşı ultrasəs, elektrokardioqrafik və laborator müayinələr də aparılıb.
Səyyar tibbi xidmətdə müraciət edən 679 nəfərə 1492 tibbi müayinə göstərilib. Müraciət edənlərdən 375 nəfərə yaxın uşaqlar olub. Müayinə zamanı 188 nəfər ultrasəs müayinəsindən, 64 nəfər elektrokardioqrafik müayinədən, 145 nəfər isə laborator müayinədən keçirilib. 27 uşaq "Sünnət" edilmişdir. Xroniki xəstəliklə aşkarlanan xəstələr qeydiyyata götürülüb. Ehtiyacı olan xəstələr stasionar müalicəyə göndərilib. Bütün hallarda müayinə olunan xəstələrə məsləhətlər verilib və ambulator müalicə təyin edilib. Müayinə zamanı terapevtik və pediatrik xəstələrə dərman preparatları da paylanıb.
Səhiyyə şöbəsi şəhərin ucqar yaşayış massivlərində əhaliyə səyyar tibbi müayinələrin aparılmasını bundan sonra da davam etdirəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB