ADU-da bədii yaradıcılıq festivalı keçiriləcək

ADU-da bədii yaradıcılıq festivalı keçiriləcək

Azərbaycan Dillər Universitetində (ADU) ali məktəb tələbələri arasında Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı keçiriləcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festival Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bədii yaradıcılıq festivalının keçirilməsinin əsas məqsədi tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri istedadlı gənclərin üzrə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi üzrə tədbirdə Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq artisti, professor, Ramiz Zöhrabov, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, xalq artisti, Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, əməkdar artisit Anar Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə