Amerikanın otel biznesi üzrə mütəxəssisləri Azərbaycan Turizm İnstitutunda olub
Amerika Otel təhsili üzrə institutun (AHLEİ) nümayəndəsi, İCBET-in (Biznes təhsili və treninq üzrə beynəlxalq mərkəz) icraçı direktoru George Ubdelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olublar. ATİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, George Ubdelohde ilk öncə AHLEİ–in yaranma tarixi, fəaliyyəti və strateji məqsədlərindən söz açıb. Dünyanın otel sənayesinin nüfuz dairəsində önəmli yer tutan AHLEİ- dən bəhs edən xüsusi filmin nümayişindən sonra dəyirmi masa söhbəti keçirilib.
Qonaq təmsil etdiyi qurumun iş mexanizminə nəzərən ATİ ilə əməkdaşlığa önəm verdiyini gizlətməyib. Ali təhsil ocağında çalışan müəllimlər üçün nəzərdə tutulan dörd günlük kursların faydalılığına inandığını bildirib. Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, ATİ müəllimləri pedaqoji sahədə təhsil təlimlərini başa vurduqdan sonra öyrəndiklərini turizm sənayesində tətbiqinə dair imtahan verməklə bərabər, videoçəkilişlər hazırlamalıdırlar. Kursu uğurla bitirənlərə turizm təhsili təlimçisi sertifikatı verilir. Həmin sertifikat dörd il etibarlılığını saxlayır.
Amerika Otel təhsili üzrə institutun (AHLEİ) nümayəndəsi, İCBET-in (Biznes təhsili və treninq üzrə beynəlxalq mərkəz) icraçı direktoru George Ubdelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva ilə görüşdə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, institutun dekanı Nəsrulla Nəsirli, struktur rəhbərləri və müəllimlər iştirak ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB