ADU professorunun yubileyi qeyd edildi

ADU professorunun yubileyi qeyd edildi

Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Sərxan Abdullayevin 70 illik yubileyinə həsr edilən tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yubiley mərasimində giriş sözü ilə çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov yubilyarı təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. S.Seyidov yubilyarın 70 yaşının olmasına baxmayaraq onun zahirən gənc, müasir, enerjili insan kimi tanıdığını bildirib. Rektor elmlə yaşayan, ziyalı insanın heç vaxt qocalmadığına diqqət çəkib. S.Abdullayevin Azərbaycan elminin, dilçiliyin inkişafında xidmətlərini yüksək qiymətləndirən ADU-nun rektoru yubilyarı, dilçi alim və filosof kimi xarakterizə edib.

S.Seyidov yubilyara kompyuter hədiyyə edib. Yubiley mərasimində S.Abdullayevin ömür yolundan bəhs edən slayd da nümayiş olunub. Sonra yubiley mərasimi konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə