TQDK-nın nəzarətçi müəllimlər üçün seminar-məşğələləri başa çatdı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələləri başa çatdırıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevral ayının 1-dən etibarən başlayan seminarlarda 8000-dən artıq nəzarətçi-müəllim iştirak edib. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılıb.
Aprelin 10-da TQDK-da nəzarətçi və imtahan rəhbərləri qismində Azərbaycan Milli Elmlər Akademiyasından cəlb edilmiş şəxslərlə sonuncu seminar olub. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib. Seminar-məşğələlərdə iştirak edən müəllimlər aprel TQDK tərəfindən keçirilən sınaq imtahanlarına cəlb ediliblər. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB