TQDK ilk sınaq imtahanının nəticələrini açıqladı

TQDK ilk sınaq imtahanının nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, sınaq imtahanlarının nəticələri komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Qeyd edək ki, aprelin 8-də ilk sınaq imtahanı respublikanın 24 bölgəsində - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə