Firma blanklarına reseptlərin yazılması problemi 80-90 faiz həll edilib

Firma blanklarına reseptlərin yazılması problemi 80-90 faiz həll edilib

Ölkədəki tibb ocaqlarında Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən firma blanklarına reseptlərin yazılması probleminin çox hissəsi həll olunub. SİA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, nazirlik tərəfindən blanklar çap olunur. Onun sözlərinə görə, səhiyyə nazirinin əmri var ki, reseptlər Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş vahid blanka yazılmalıdır.

"İstər dövlət, istərsə də özəl tibb müəssisələrinə bu blanklar paylanılır. Düşünürəm ki, biz problemi 80-90 faiz həll etmişik. Ancaq yenə də bəzi özəl müəssisələrdə Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən blanklara rast gəlinir. Düşünürük ki, yaxın zamanlarda bu problem də öz həllini tapacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə