Nazir müavini Azərbaycan içlikli dərmanın Ermənistana hansı yolla getməsindən xəbərsizdir
Elsevər Ağayev: \"Ola bilsin, Belarusda istehsal olunan dərman elə oradan Ermənistana göndərilib\"
"Hansısa ölkənin dərmanlarına ayrı-ayrı yanaşmaq da doğru deyil. Əgər Hindistanın keyfiyyətli dərmanı əzcazçılıq bazarına yol tapa bilirsə, bizimdə qapılarımız onlara açıqdır". SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müvaini Elsevər Ağayev Hindistan dərmanların hamısının keyfiyyətsiz olması barədə səslənən fikirlərlə münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, bu gün Hindistanda 1000-dən artıq istehsalçı var və onların əksəriyəti müasir standartlara, Ümumdünya Səhiyyə Təşkilatının qarşıya qoyduğu standartlara cavab verməyən dərman fabrikləridir. Nazir müavinin sözlərinə görə, lakin Hindistanda elə müasir əczaçılıq fabrikləri var ki, onların preparatları dünyanın hər yerində satılır: "Belə dərmanlar Azərbaycan bazarına da yol tapa bilir. Bu gün Azərbaycanda dövlət qeydiyyatından keçən dərmanların 6 faizi Hindistanda istehsal olunur".
E.Ağayev bu günlərdə Belarus istehsallı, lakin Azərbaycan içlikli dərmanın Ermənistana getməsi və onlar tərəfindən qəbul olunmamasına dair məsələyə münasibət bildirib. O, bu məsələdən xəbərsiz olduğunu deyib: "Amma hər halda düşünmürəm ki, bu hansısa yolla oraya gedib. Ola bilsin, Belarusda istehsal olunan dərman elə oradan Ermənistana göndərilib. Sadəcə, Azərbaycan üçün nəzərdə tutulan partiya səhvən Ermənistana gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB