\"Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı ildən-ilə artır\". SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev "Narkomaniyaya YOX deyək!" adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, hər il qeydiyyatda olan narkomanların sayı 100 nəfərdən çox artır. Onun sözlərinə görə, ölkədə 26700-dən çox narkoman qeydiyyata alınıb: \"Onların 80% inneksion istifadəçiləridir. Respublikada QİÇS xəstələrinin 62%-i inneksion narkotik istifadəçisidir. Bu istiqamətdə gənclərin maariflənməsinə böyük ehtiyac var. Çünki ölkənin genofondunu gənclər təşkil edir və onların sağlam böyüməsi çox vacibdir\".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB