Azərbaycanda tibb təhsili Sapienza Universitetinin professoru ilə müzakirə edilib
Romanın Sapienza Universitetinin professoru Cəlal Sayidbekov Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Ə.Əmiraslanov bildirib ki, son illər Azərbaycanda tibb nəzərə çarpacaq dərəcədə inkişaf edib. Onun sözlərinə görə, səhiyyə ocaqlarında, tədris müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində səhiyyə xidməti Avropa standartlarına çatdırılıb.
Romanın
Sapienza Universitetinin professoru Cəlal Sayidbekov 22 illik İtaliya təcrübəsi
barədə danışıb. Avropa ölkələrinin səhiyyə sahəsində böyük təcrübəyə
malik olduğunu deyən professor bildirib ki, bu baxımdan elmi mübadilənin
aparılması həmişə
vacibdir:
"Bakıda gedən
yenidənqurma və inkişaf proseslərinin tibb sektorunu da əhatə etməsi məni çox
sevindirir. Səhiyyə sahəsində Avropa standartlarının tətbiqi Azərbaycanın Qərb
ölkələri ilə əməkdaşlığına təkan verəcək".
Bakıda səfərdə olan romalı qonaq Azərbaycan Tibb Universitetində
tələbələrlə görüşərək nevrologiya,
reabilitasiya ilə bağlı mühazirə oxuyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB