Ifa üzrə I respublika müsabiqəsinə yekun vuruldu

Ifa üzrə I respublika müsabiqəsinə yekun vuruldu

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ifa üzrə I respublika müsabiqəsinə yekun vurulub. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqənin respublika mərhələsinin münsiflər heyətində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri təmsil olunublar.

Təhsil Nazirliyinin əmri ilə keçirilən müsabiqənin kollecdaxili və zona mərhələlərinə yüzlərlə tələbə qatılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında musiqiyə, şeirə olan marağı artırmaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaqdan ibarət olub.


Bütün xəbərlər Facebook səhifəmizdə