Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin mart ayı ərzində 461 müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 208-i (88-i əsaslı, 120-si isə əsassız) şikayət, 99-u – sorğu xarakterli, 97-si aidiyyəti üzrə deyil, 57-si isə cari problemlərlə bağlı olub.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB