Rezidenturaya yeni qəbul proqramları bu ayın sonunda açıqlanacaq

Rezidenturaya yeni qəbul proqramları bu ayın sonunda açıqlanacaq

Bu il üçün rezidenturaya qəbul proqramlarının məzmunu müasirləşdirilir. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bidlirib ki, rezidentura hazırlığı üzrə yeni qəbul proqramları aprelin sonunda açıqlanacaq. Onun sözlərinə görə, hazırda rezidenturaya qəbulla bağlı təkmilləşdirmə işləri Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birgə aparılır. Bu məqsədlə müvafiq təhsil müəssisələrinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə seminarlar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə