Diplom məsələsi yenidən TQDK ilə Təhsil Nazirliyini qarşı-qarşıya qoydu
Xəbər verdiyimiz kimi, bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Tələbə-məzun Dövlət Elektron Bazası"nın təqdimatında qurumun xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayı açıqlandı. Təhsil Nazirliyi isə mətbuata açıqlamasında TQDK-nın "Qara bazası"na düşən 22 mindən çox diplomun nazirlik tərəfindən hüquqi qüvvəsinin olduğunu deyib. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında komissiyanın "Qara bazası"na düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi qüvvəsi olması barədə səslənən fikirlərə münasibətini açıqlayıb. O bildirib ki, qurum "Tələbə-məzun Dövlət Elektron Bazası"nın təqdimatında komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb.
"Amma biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Təbii ki, bu uşaqlar çox aşağı bal toplayanlardır. Bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin hansısa özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir dəxli yoxdur", - deyə o əlavə edib.
Bu məlumatların
ictimaiyyət və ölkə rəhbərliyinə də çatdırılmasını istəyən komissiya
sədri tez-tez mətbuatda
auditoriyada biliyi olmayan
uşaqla biliyi olanın necə yanaşı oturması məsələsinə toxunulduğunu
vurğulayıb: "Mən məhz bunun
kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki,
o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu
hüquqi sənəd kimi qəbul edirik. Diplom hüquqi sənəddir, diplomun üzü çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma məsələ ayrı cürdür. Bu adam
mütəxəssisdir, yoxsa yox. Çünki diplom onu deyir ki, bu adam həkim,
müəllimdirsə, onu işə buraxmaq olar".
M.Abbaszadə qeyd edib ki, diplom insanın müvafiq sahə üzrə bilik və bacarığının olduğunu
göstərir. Bu diploma isə onu verən ali məktəb və müvafiq nazirliyin
cavabdeh
olduğunu deyən TQDK sədri hesab
edib ki, həmin uşaqlar
TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində
mütəxəssis kimi formalaşa bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB