Son vaxtlar bəzi qəzet və internet portallarında müxtəlif sahələr, eyni zamanda təhsil ocaqları barədə həqiqətəuyğun olmayan məlumatlar xəbərlər dərc edilir. Belə xəbərlərdən biri də Nizami rayonundakı 62 saylı məktəb-lisey haqqındadır. SİA-nın əməkdaşı adıçəkilən məktəbin rəhbərliyindən məsələyə münasibət öyrənib. Məktəbin direktoru Mətanət Cabbarlı yazılanları böhtan adlandıraraq bildirib ki, rəhbərlik etdiyi məktəb 2009-cu ildə "Ilin ən yaxşı ümumtəhsil müəssisəsi"nin qalibi olub. Məktəb-liseydə iki əməkdar müəllim, eyni zamanda dərslik müəllifləri fəaliyyət göstərir.
"62 saylı məktəb-lisey 2008-2012-ci illərdə Azərbaycan Respublikası təhsil sisteminin informasiyalaşdırılması üzrə "Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb" layihəsinə cəlb edilib. Bu layihəyə uyğun olaraq məktəb-liseyimiz sinif otaqlarına komputer və proyektorlar verilib və bu proses indi də davam etdirilir", deyə məktəb direktoru vurğulayıb.
62 saylı məktəb-liseydə sağlam valideyn-məktəb münasibətinin hökm sürdüyünü bildirən M.Cabbarlı: "Məktəb-liseydə valideyn iclasları özünəməxsus formada keçirilir. Belə ki, valideyn iclaslarında dövlət mətbuatı çıxış edir və eyni zamanda anket sorğulardan istifadə olunur.Valideynlər bu anket sorğularında öz arzu, irad və təkliflərini qeyd edirlər", - deyib.
Məktəb direktoru bildirib ki, məktəbimiz lisey statusu daşıdığı üçün lisey siniflərinə qəbul imtahan yolu ilə aparılır. Bu imtahanlara məktəb rəhbərliyi tərəfindən yaradılmış xüsusi komissiya nəzarət edir. Məktəb 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyini vəsaiti hesabına əsaslı təmir edilib, yeni avadanlıqlarla təchir edilib və müasir standartlara uyğun istilik sistemi ilə təmin olunub. 2011/2012-ci tədris ilində məktəb-liseydə heç bir komissiya olmayıb.
Məktəb-liseyin beynəlxalq əlaqələrindən danışan M.Cabbarlı bildirib ki, dörd nəfər şagird Şimali Kipr Respublikasındakı Doğu akdeniz Universitetində "Ətraf mühitin mühafizəsi" mövzusunda keçirilən beynəlxalq konfransdan sertifikatla qayıtıb. 18 şagird isə mart ayında İstanbulda "Esli təhsil şirkətinin ingilis dili" kurslarında iştirak ediblər.
Qeyd olunub ki, məktəb-lisey son iki ildə qəbul faizininin artım göstəricisinə görə, Bakı şəhəri üzrə I yerə layiq görülüb. Məktəb-liseyiin məzunları Türkiyə, Çexiya, Ukraina və Moskva Universitetlərində təhsil alır. Həmçinin məktəb-lisey Türkiyənin Baxçaşəhər,Yaşar, Kanadanın Monitoba, Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetləri ilə əməkdaşlıq edir.
"Təhsil ocağı haqqında gedən qərəli yazıya fikrimizi bildirərək qeyd edirik ki, bu yazılar böhtan xarakteri daşıyır və kimlərinsə subyektiv marağını daşıyır", - deyə məktəbin direktoru yekunda bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB