Azərbaycan Turizm İnstitutunun rektoru VII Ümumdünya Konqresində iştirak edəcək
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Andorra Knyazlığında keçiriləcək VII Ümumdünya Konqresində iştirak edəcək. SİA-nın xəbərinə görə, aprel ayının 11-12-də Ümumdünya Turizm Təşkilatının təşkilatçılığı ilə Andora Knyazlığının La Massana şəhərində "Qar və Dağ Turizmi" mövzusunda VII Ümümdünya Konqresi keçiriləcək.
2 gün fəaliyyət göstərəcək tədbirdə Qar və Qış turiziminin inkişaf etdirilməsi strategiyaları geniş müzakirə predmeti olacaq. Aprelin 13-də isə xizək kurortunda mədəni tədbirin keçirilməsi nəzərdə tutulur. Ümumdünya Turizm Təşkilatının təşkilatçılığı ilə gerçəkləşən VII ümüdünya konqresində ölkəmizi Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təmsil edəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Turizm İnstitutu 2011-ci ildən Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzvdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB