Ümumi təhsil müəssisələrinə elektron ərizələrin qəbuluna avqust ayında başlanılacaq
Ümumtəhsil müəssisələrinə elektron ərizələrin qəbuluna 2012-ci ilin avqust ayında başlanılacaq. SİA-nın verdiyi məlumata görə, şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında mövcud qaydalara görə, ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır. Uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu və həkimi, Valideyn-Müəllim Assosiasiyasının nümayəndəsi daxil edilir. Məktəbin direktoru isə komissiyanın sədri olur. Bir qayda olaraq, ümumtəhsil məktəblərinin I siniflərinə hər il sentyabrın 15-dək (15-i də daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər. 6 yaşı 16 sentyabr - 31 oktyabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu isə məktəbdə təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir. 6 yaşı noyabr ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. Uşaqların I sinfə qəbulunun tamamlanmasına gəlincə, bu proses sentyabrın 15-dək başa çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB