Beynəlxalq simpoziumda azərbaycanlı gənc iştirak edəcək

Beynəlxalq simpoziumda azərbaycanlı gənc iştirak edəcək

20-22 aprel tarixində Türkiyənin İstanbul şəhərində "Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər" mövzusunda beynəlxalq simpozium təşkil olunacaq. SİA-nın xəbərinə görə, Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən bu beynəlxalq sempozyumun əsas məqsədi son illər sosial elmlər, vətəndaşlıq tədrisində meydana gələn yeni tendensiyalar və problemləri araşdırmaq, yerli və beynəlxalq siyasətdə baş verən prosesləri nəzəri cəhətdən təhlil etməkdir.

Simpoziumun elmi şurasında Türkiyənin müxtəlif universitetlərindən, habelə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti, Missuri Universiteti, Florida Beynəlxalq Universiteti, Şərqi Miçiqan Universiteti, Ohayo Dövlət Universiteti, Böyük Britaniyanın Layçaster Universitetinin professor və müəllim heyəti təmsil olunub. Mərmərə Universitetində baş tutacaq bu nüfuzlu tədbirdə Azərbaycandan da iştirakçıların çıxışları gözlənilir. Belə ki, gənc alim, filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov bu simpoziumda çıxış edəcək.

"Avropa demokratiyası və milli dəyərlər sistemi" barədə məruzə ilə çıxış edəcək Əhməd Şahidov Avropaya inteqrasiya prosesində milli özünəməxsusluğun qorunub saxlanılması zərurətindən söhbət açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə