“Ən çox sevdiyim idman növü” müsabiqəsinə yekun vuruldu - FOTOSESSİYA

“Ən çox sevdiyim idman növü” müsabiqəsinə yekun vuruldu - FOTOSESSİYA

Bu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ən çox sevdiyim idman növü" mövzulu müsabiqənin yekunları açıqlanıb. SİA-nın xəbərinə görə, ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdır. Müsabiqənin Təhsil Nazirliyinin əmri ilə məktəb, rayon (şəhər) və respublika mərhələsi keçirilib: \"Müsabiqənin respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib.

Tədbirin sonunda müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə