Begin Group tərəfindən təhsil sərgisi keçirilib- FOTO

Begin Group tərəfindən təhsil sərgisi keçirilib- FOTO

Bu gün AİESEC- Azərbaycan rəsmən xaricdə təcrübə keçmək istəyən tələbələr üçün yeni qəbul kampaniyasını Begin Group tərəfindən təşkil olunan Beynəlxalq Təhsil Sərgisində başlayıb. SİA-nın məlumatına görə, Begin Groupun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alla Javrinkova açıqlamasında bildirib ki, tədbiri keçirməkdə əsas məqsəd Azərbaycan tələbələrinin xaricdə təhsil almaq istəyənlərə bunun yollarını öyrənməkdə kömək etməkdir: "Bu sərgidə xarici təhsillə bağlı tələbələrə ətraflı məlumat veririk. Sərgidə əsasən Rusiya, İngiltərə və azərbaycanlı tələbələr arasında ən çox maraq doğuran ölkə -Türkiyənin təhsil ocaqlarının nümayəndələri var. Bu bizim şirkətin ilk sərgisidir. İnanıram ki, II sərgidə daha çox ölkələr bizə müraciət edəcək".

Tədbirdə həmçinin AİESEC nümayəndələri ilə 2 və 18 ay xaricdə peşəkar mühitdə təhsil almaq haqqında söhbət açılıb.

Məlumat üçün bildirək ki, Begin Group tərəfindən təşkil olunan tədbir bu gün saat 20:00-a kimi davam edəcək.

Qeyd edək ki, AİESEC 100-dən artıq ölkədə, 4 müxtəlif asas səhə üzrə təcrübə təmin edir: Biznes İdarə olunması (marketinq, menecment, HR, maliyyə, layihənin idarə edilməsi, və s), İT, Təhsil və İctimai inkişaf (layihələrdə könüllü iş).

Bütün xəbərlər Facebook səhifəmizdə