Baytarlıq idarəsindən sakinlərə xəbərdarlıq

Baytarlıq idarəsindən sakinlərə xəbərdarlıq

Tərtərdə baytar həkimlər tərəfindən heyvanlar arasında vaksinləmə işləri aparır. Rayonda iri və xırda buynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı vaksin vurulur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, baytar həkimlər vaksinləmə işini yolxucu xəstəliklərin qarşısını almaq üçün həyata keçirir. Kənd sakini Amin Abdullayev deyir ki,Tərtərdə həkimlər kənd sakinlərinin qapısını bir-bir döyərək kəndlilərin iri buynuzlu heyvanlarına dabaq xəstəliynə qarşı peyvənd vururlar: "Kəndlərdə sahə baytar məntəqəsi fəaliyət göstəririr ki, bütün mal qara yerli baytar həkimləri və icra nümayəndələri tərəfindən qeydiyyata alınaraq rayon baytarlıq idarəsinə verilib\".

Tərtər rayon baytarlıq idarəsinin baş həkimi Məhərrəm Əliyevin verdiyi məlumata görə, Tərtər cəbhə bölgəsində yerləşdiyi ücün bu ərazilərdə quduzluq xəstəliyinin olma ehtimalı böyükdür. İşğal altında yerləşən ərazilərimizdən vəhşi heyvanlar cəbhə kəndlərinə üz tutaraq itlərlə təmasda olur. Bu cür vəziyyətin təhlükəli olduğunu nəzər alan rayon baytarlıq idarəsi ildə bir dəfə olaraq rayonun bütün ərazilərində sahibli itlərə qarşı vaqsinlər vurulur, sahibsiz itlər isə öldürülür.

Qeyd edək ki, Baytarlıq idarəsi sakinlərə bazarlardan mal qara alarkən diqqətli olmağı tövsoiyyə edir. Alınan heyvan hər hansı bir xəstəliyin daşıyıcısı ola bilər. İstər iri, istərsədə xırda buynuzlu heyvanlar alındığı gündən yerli baytar həkimlər tərfindən müayinə olunmalıdı.Əgər hər hansı bir xəstəlik varsa ciddi tədbir görülməlidir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə