Təhsil naziri: \"X-XI siniflərdə məktəblər şagirdlərin 10-15%-ni itirir\" - MÜNASİBƏT
Hazırda dövlət səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn uğurlu siyasətin aparılmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması müəyyən problemlər yaradır. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası çərçivəsində sözügedən qurumun sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, erməni təcavüzü nəticəsində 220 körpələr evi, uşaq bağçası, 616 məktəb, 35 məktəb, 11 orta ixtisas məktəbi, 9 kollec, 1 ali təhsil müəssisəsi, 3 ali məktəb filialı dağıdılıb: "Bir sözlə, münaqişə nəticəsində 175600 şagird və 19400 təhsil işçisi öz təhsilini yarımçı qoyub. 1 milyondan çox qaçqın və məcburi köçkün olan insanlar ali və orta məktəblərdə, o cümlədən ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşıb".
Bu zaman iclasa sədrlik edən sözügedən komitənin sədri Laima Andriçiene erməni nümayəndə heyəti üzvünün fikrinə əsasən, nazirin çıxışını yarımçıq kəsərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bu komitənin müzakirə predmeti deyil. Sonra çıxışına davam edən təhsil naziri onu da bildirib ki, dövlət proqramı çərçivəsində 2015-ci ilədək 5 min azərbacyanlı gəncin xarici ölkədə təhsil alması planalşdırılır. Hazırda dünyanın müxtəlif ölkələrində 10 mindən çox azərbaycanlı təhsil alır ki, onların da əsas hissəsi Avropa ölkələri olan Almaniya, Böyük Britaniya, Fransa və digər dövlətlərdir. Azərbaycanda isə 7 mindən çox xarici tələbə öz təhsilini davam etdirir".
Müxtəlif ölkələrdə olan nümayəndələrin suallarını cavablandıran nazir qeyd edib ki, Azərbaycanda IX sinfə kimi şagirdlərin 100%-i təhsillə təmin olunur. X-XI siniflərdə isə bu rəqəmi demək çətindir. Çünki onlar X-XI sinifdən sonra orta ixtisas təhsili müəssisələrinə, kolleclərə gedir. Nəticədə məktəblər şagirdlərin 10-15%-ni itirir. Azərbaycanda diplomların qarşılıqlı tanınması ilə bağlı məsələyə gəlincə, Misir Mərdanov qeyd edib ki, bu istiqamətdə qarşılıqlı imzalanan sənədlər əsasında məsələ həll olunur. Ölkədəki milli azlıqların təhsilə cəlbi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu hər zaman dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, milli azlıqlar Azərbaycanda öz ana dillərində təhsil ala bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB