Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq–gənclər idman və şahmat məktəblərinin yetirmələri 2011-ci ildə respublika
yarışlarında, dünya birinciliyi, Avropa və dünya çempionatlarında, beynəlxalq
turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. SİA-nın xəbərinə görə, ötən il məktəblilər ümumilikdə 1966 medal əldə ediblər.
Onlardan 312-si qızıl, 231-i gümüş, 1210-u bürünc olmaqla 1753 medal respublika
birinciliyi və çempionatlarında qazanılıb. Beynəlxalq yarışlarda qazanılmış 213
medalın 65-i qızıl, 50-si gümüş, 98-i isə bürüncdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB