Cəbhə bölgəsində yeni təhsil ocağı istifadəyə verilib

Cəbhə bölgəsində yeni təhsil ocağı istifadəyə verilib

Ağdamın Səfərli kəndində dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binası tikilib istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, müasir tələblərə cavab verən hər cür avadanlıqla təchiz edilmiş iki mərtəbədən ibarət yeni təhsil ocağı 300 şagird üçün nəzərdə tutulub.


Yeni məktəbdə şagirdlərin yaxşı təhsil alması üçün kimya, fizika lobaratoriyaları, kitabxana, kompyuter otağı və idman zalı fəaliyyət göstərir.


Qeyd edək ki, budan başqa rayonda digər qəzalı vəziyətdə olan məktəb binaları var ki, bu təhsil ocaqlarının da mərhələli şəkildə tikintisi nəzərdə tutulub.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə