Əbülfəs Qarayev: \"Məktəblilər müəyyən dərslərini Azərbaycanın qoruq və muzeylərində keçəcəklər\"
\"Məktəblilər müəyyən dərslərini Azərbaycanın qoruq və muzeylərində keçəcəklər. Buna görə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyinə təkliflə müraciət edib\". SİA-nın məlumatına görə, bunu nazir Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında bildirib.
\"Azərbaycan Təhsil Nazirliyi şagirdlərin qoruq və muzeylərə səfərlərinin təşkili ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib, əksinə biz onlara təklif etmişik. Eyni zamanda biz daha çox şagirdi teatrlara cəlb etmək niyyətindəyik. Çünki teatra sevgi uşaqlıqdan başlayır",- deyə nazir əlavə edib.
Ə.Qarayev onu da qeyd edib ki, artıq nazirliyin nəzdində fəaliyyət göstərən incəsənət məktəbləri müəyyən dərslərini Azərbaycanın qoruq və muzeylərində keçməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB