Azərbaycanın təhsil layihəsi beynəlxalq forumda III yerə layiq görüldü

Azərbaycanın təhsil layihəsi beynəlxalq forumda III yerə layiq görüldü

Azərbaycan müəllimləri Gülbəniz Camalova və Nailə Həsənovanın Avropa Təhsildə Əməkdaşlıq Forumunda birgə təqdim etdikləri "Gəlin planetimizi birlikdə qoruyaq" tədris layihəsi "Sinifdənkənar tədris" (Extending Learning beyond the Classroom) nominasiyası üzrə III yerə layiq görüldü. Gülbəniz Camalova Azərbaycan Dillər Universitetində, Nailə Həsənova isə Bakının 55 saylı məktəbində müəllim kimi fəaliyyət göstərirlər. SİA-nın xəbərinə görə, qaliblər sırasında Azərbaycan müəllimləri Avropanı Ümumdünya Təhsildə Əməkdaşlıq Forumda təmsil edəcəklər. Ümumdünya Təhsildə Əməkdaşlıq Forumu 2012-ci ilin noyabr ayında Yunanıstanın Afina şəhərində keçiriləcək.

Microsoft Azərbaycan şirkətinin Təhsildə Əməkdaşlıq Proqramı üzrə əlaqələndiricisi Emin Axundovun sözlərinə görə, layihənin ən önəmli xüsusiyyəti onun orta məktəb və universitet müəllimlərinin pedaqoji tədrisin keyfiyyətinin artırılmasına xidmət etməsidir. E.Axundov qeyd etdi ki, layihə çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakultələr olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan müəllimləri Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən 2012-cu ilin Avropa Təhsildə Əməkdaşlıq Forumunda iştirak etdilər. Microsoft korporasiyası tərəfindən keçirilən Avropa Təhsildə Əməkdaşlıq Forumunda 40 ölkədən olan müəllimlərin təqdim etdiyi 80-dən artıq layihə iştirak etmişdir. Azərbaycanı bu müsabiqədə Kəmalə Cəfərzadə (Bakı Avropa Liseyi), Gülbəniz Camalova (Xarici Dillər Universiteti) və Nailə Həsənova (Bakının 55 saylı məktəbi) təmsil edirdi. Ölkəmizi təmsil edən iştirakçilar Azərbaycanda "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı"-nın dəstəyi ilə \"Microsoft Azərbaycan\" və \"Mədəd Azərbaycan\" tərəfindən Azərbaycanda keçirilən müsabiqənin qalibləri idilər. Azərbaycanın təqdim etdiyi təhsil layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə