TQDK sədri: “Yeni sistem xoşagəlməz faktları aradan qaldırmaq üçün bir açardır”

TQDK sədri: “Yeni sistem xoşagəlməz faktları aradan qaldırmaq üçün bir açardır”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1996-cı ildən bu günə kimi tələbə kontingentinin monitorinqi aparır. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2005-2006-cı ildə bütün kursların monitorinqi aparılıb və bu proses sonra da davam edib. Onun sözlərinə görə, artıq 2010-2011-ci tədris ilindən bu monitorinqi ali məktəblərin özləri elektron formada komissiyaya təqdim edir: "İndiyə kimi komissiyaya daxil olan müraciətlər əsasında 22 mindən çox insan komissiyanın keçirdiyi qəbul imtahanında iştirak etməsə də onların diplomları var. Bu faktlarla əlaqədar vaxtilə Təhsil Nazirliyinə də müraciət edilib. Ümumiyyətlə, bu sistemin işləməsi nəticəsində belə faktların gələcəkdə olmamasını gözləyirik. Aşkarlıq belə xoşagəlməz faktları aradan qaldırmaq üçün müəyyən bir açardır. Çünki hansısa bir fakt ört-basdır olunursa, bunu gələcəkdə kimsə təkrara edə bilər. Hesab edirəm ki, sistemin nəticəsində faktlar azalacaq və ümumiyyətlə olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə