Bu ildən saxta diplom faktı olmayacaq

Bu ildən saxta diplom faktı olmayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda saxta diplomu olan şəxslərin sayını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən \"Tələbə-məzun dövlət elektron məlumatı sistemi" tədbirdə bildirib ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın qara bazasına düşsə də, onların əlində diplom var.

Hazırda ölkə prezidentinin sərəncamı ilə TQDK tərəfindən hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var. Onlardan 615 582 nəfər tələbə adını qazanıb.

M. Abbaszadə hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq.

"Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom olanda onların əmri bu bazaya daxil olacaq", -TQDK sədri əlavə edib.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə