TQDK sədri qəbul imtahanlarda iştirak etməyən universitet tələbələrinin siyahısını açıqladı

TQDK sədri qəbul imtahanlarda iştirak etməyən universitet tələbələrinin siyahısını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qulluğuna işə qəbul üçün imtahan vermək istəyən 664 nəfərin bu qurum tərəfindən ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak etmədəyini aşkarlayıb. SİA-nın verdiyi xəbərə görə, bunları "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatında çıxış edən TQDK sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, müxtəlif idarə, təşkilatlar və nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən heç bir ali məktəbə daxil olmayan 734 nəfər müəyyən olunub.

M. Abbaszadə həmçinin bildirib ki, 2005-ci ildən TQDK ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanları keçirir. Ötən dövr ərzində magistraturaya sənəd verənlərdən 2917 nəfərin TQDK-nın xətti ilə ali məktəblərə qəbul olmadığı aşkarlanıb.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə