Azərbaycanın nümayəndə heyəti Avropa İnnovativ Müəllimlər Forumunda iştirak etdi

Azərbaycanın nümayəndə heyəti Avropa İnnovativ Müəllimlər Forumunda iştirak etdi

Azərbaycan müəllimləri Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən 2012-cu ilin Avropa İnnovativ Müəllimlər Forumunda iştirak ediblər. SİA-nın xəbərinə görə, Microsoft korporasiyası tərəfindən keçirilən Avropa İnnovativ Müəllimlər Forumunda 40 ölkədən olan müəllimlərin təqdim etdiyi 80-dən artıq layihə iştirak edib.

Azərbaycanı bu müsabiqədə Kəmalə Cəfərzadə (Bakı Avropa Liseyi), Nailə Həsənova (Bakının 55 saylı məktəbi) və Gülbəniz Camalova (Xarici Dillər Universiteti) təmsil edib. Ölkəni təmsil edən iştirakçilar Azərbaycanda "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı"-nın dəstəyi ilə Microsoft tərəfindən Azərbaycanda keçirilən müsabiqənin qalibləridir. Azərbaycanın təqdim etdiyi təhsil layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə