Bu gün leykozlu xəstələrin dərman çatışmazlığı problemi hələ də həll olunmamış qalır. Bunu SİA-ya açıqlamasında Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova deyib. O bildirib ki, bir çox ailələr uşaqlarına bahalı dərmanlar vurulmasına gücü çatmadığından, düzgün müalicə edə bilmədiyindən onların övladları vəfat edir. M.Bağırovanın sözlərinə görə, vaxtında vurulmayan iynə müalicənin effektliyini heçə çevirir. Dərman probleminin stasionar müalicədə bir az həll edildiyini deyən birlik sədri qeyd edib ki, lakin ambulator müalicə hələ də həll olunmayıb.
"Ancaq uşaqların dəqiq statistikasını demək çətindir, çünki hər dəfə siyahı təzələnir. 40-50 % uşaqlar müalicəni xaricdə alırlar. Hazırda bizim təşkilatın qeydiyyatında 203 uşaq var, lakin onların çoxu xaricdə müalicə aldığı üçün qeydiyyata düşmür", - deyə o əlavə edib.
M.Bağırov vurğulayıb ki, hazırda xəstəxanada müalicə alan Nağıyev Pərviz adlı uşağa təcili sümük iliyi köçürülməlidir: \"Lakin valideynlərin onun müalicəsinə gücü çatmadığından onun aqibəti pis olacaq. Bu günlərdə isə 5 yaşlı Yusifov Ramazan adlı uşaq isə müalicə aparılmadığından vəfat edib. Müalicə zamanı ona ASPARGİNAZA adlı dərman vurulmalı idi və bunun birinin qiyməti 60-70 manat idi. Lakin həmin uşağa 20 ədəd lazım idi. Valideynlərinin imkanı olmadığından həmin uşağı sonda itirdik. Hər ay dərman çatışmazlığı və digər səbəblər günahsız uşaqların ölümünə səbəb olur\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB