"Bu gün Azərbaycan universitetləri Boloniya sisteminə keçməklə dünyaya inteqrasiya edib, məhz bu nöqtədə də Türkiyə və Azərbaycan bir-birinə daha çox yaxınlaşdı. Amma bu yetərlidirmi? soruşsanız, "yox, yetərli deyil" cavablandırardım". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Halis Koyuncuoğlu deyib. O bildirib ki, iki ölkənin ortaq tarix və ya ortaq ədəbiyyat kitabı yazılmalıdır. Onun sözlərinə görə, bundan əlavə, ortaq coğrafi, dili ilə bağlı ortaq kitabları olmalıdır.
"Bu istiqamətdə də Təhsil Nazirliyi ilə birgə layihələri aparılır. Türkiyənin Milli Egitim Bakanlığı da bu məsələlər çox müsbət yanaşır. Bu məsələlər öz həllini tapandan sonra bir-birinə qardaş olan bu ölkələr bir-birini daha yaxşı anlayacaq. Bu gün bəlkə də bir-iki kəlmə və ya cümlənin başa düşülməsində çətinlik varsa, mövcud layihələr reallaşandan sonra insanlar bir-birini daha yaxşı başa düşəcək. Bu məsələlər öz həllini taparsa, yaxın gələcəkdə dil mərkəzlərinə də ehtiyac qalmayacaq. Amma hər bir tələbəni səfir, böyük bir elçi kimi görürəm. Nə qədər bizim tələbələrimiz Türkiyədən bura gələrsə, nə qədər sizin tələbələriniz burdan ora gedərsə, bizim yaxınlığımız, qardaşlığımız da o qədər tez olar" , - deyə o əlavə edib.
Azərbaycan və Türkiyə arasındakı diplomların tanınması məsələsi gəlincə Halis Koyunçuoğlu zamanında belə problemlərin olduğunu deyib. O qeyd edib ki, amma bu gün Türkiyədə təhsil alaraq Azərbaycana qayıdan gənclər burada heç bir problemlə rastlaşmır: "Eləcə də Türkiyədə belə bir problem mövcud deyil. Çünki aparılan əməkdaşlıq və görülən işlər nəticəsində hər iki tərəfin diplomları tanınır. Bu problemlər geridə qalıb və ciddi məsələlər yoxdur".
Qeyd edək ki, bu gün Azərbaycanda 3500-ə yaxın türkiyəli tələbə təhsil alır. Bəlkə qeydiyyatda olmayan da 500-ə yaxını var. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı daha çoxdur. Əvvəllər bu rəqəm az olsa da, indi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3500-dən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB