Tələbələrimiz Polşada təcrübə proqramı keçirlər

Tələbələrimiz Polşada təcrübə proqramı keçirlər

Azərbaycan Tələbələr Birliyindən Polşaya yola düşən 14 nəfərlik nümayəndə heyəti bir həftə ərzində Polşanın Varşava və Krakov şəhərlərinin 3 müxtəlif universitetinin tələbə təşkilatlarında təcrübə proqramı keçəcəklər. SİA-nın xəbərinə görə, təcrübə proqramı zamanı tələbələr Polşadakı tələbə təşkilatlarının strukturu, gündəlik fəaliyyəti, strateji planları barəsində informasiya almış olacaqlar.

Səfərin ilk günü Polşa Respublikası Tələbə Parlamentinin rəhbərliyi ilə proqram iştirakçıları arasında görüş keçirilib. Görüş zamanı müxtəlif məsələlər, o cümlədən əməkdaşlıq perspektivləri də müzakirə edilib. Daha sonra Polşa Respublikası Tələbə Parlamenti Azərbaycan tələbə hərəkatının gücləndirilməsində verdiyi dəstəyə görə ATB tərəfindən sertifikatla təltif edilib. Proqram çərçivəsində, həmçinin, Polşa QHT-ləri və tələbə mediası ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfərdən sonra Polşada əldə edilmiş müsbət təcrübələr əsasında Azərbaycan Tələbələr Birliyi tərəfindən müxtəlif layihələr, proqramlar hazırlanacaq və həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə