Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. SİA-nın xəbərinə görə, abituriyentlər martın sonlarından etibarəniş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın internet saytından sınaq imtahanlarına yazıla biləcəklər. Odur ki, abituriyentlərə aldıqları iş nömrəsi və şifrəni itirməmələritövsiyə olunur.
Aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə cari ildə ilk sınaq imtahanları keçirəcək. Həmin imtahanlara yazılmaq istəyən abituriyentlər mobil telefonlardan Azercell və Bakcell nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə iş nömrəsi və şifrə əldə edə bilərlər. "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə iş nömrəsi və şifrə əldə edə bilərlər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB