2011-2012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinə 20818 nəfər müraciət edib

2011-2012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinə 20818 nəfər müraciət edib

2011-2012-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 16895 nəfər qəbul planı müəyyən edilib. SİA-nın xəbərinə görə, bundan 14190 nəfər dövlət vəsaiti hesabına, 2705 nəfər isə ödənişli əsaslarla müəyyən edilib. Ümumilikdə, ilk peşə-ixtisas təhsili müəssisələrində 20112012-ci tədris ilində 27500 şagirdin təlim-tərbiyəsinə 3700 nəfər mühəndis-pedaqoji heyət cəlb edilib. Dövlət proqramının icrası nəticəsində bir sıra ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmir edilməsi, onların maddi-texniki bazasının güclənməsi, işəgötürən təşkilatlarla əlaqələrin genişlənməsi və məzunların işlə təmin olunması səviyyəsinin artması nəticəsində əvvəlki illərə nisbətən ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət edənlərin sayı artıb.

2011-2012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 20818 nəfər müraciət edib. Bunlardan 11228 nəfəri ümumi orta təhsil bazasından (53,9%), 8186 nəfəri tam orta təhsil bazasından (39,3%), 1182 nəfəri natamam orta təhsil bazasından (5.7%), 169 nəfər orta-ixtisas təhsil bazasından (0.8%) və 53 nəfəri ali təhsil bazasından (0.3%) qəbul olub. Müraciət edənlərdən 13840 nəfəri oğlan, 6978 nəfəri qız olub. Bunlardan da 7497 nəfəri (36.0%) 14-16 yaş arasında, 7603 nəfəri (36,5%) 17-20 yaş arasında, 4367 nəfəri (21,0%) 21-30 yaş arasında və 1351 nəfəri isə (6,5%) 31 yaşdan yuxarı olub.

Qeyd edilməlidir ki, müraciət edənlərdən 17280 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə ilk dəfə müraciət ediblər. Bundan əlavə, müraciət edənlərdən 3150 nəfəri (15,1%) hərbi xidmətdən sonra, 1894 nəfəri (9,1%) ali və ya orta-ixtisas təhsili müəssisələrinə qəbul olunmadıqdan sonra, 1680 nəfəri (8,1%) əvvəllər iş təcrübəsi olanlar, 429 nəfəri isə (2.1%) hazırda işləyənlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə