2012-ci il üçün Dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulu elan edilib

2012-ci il üçün Dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulu elan edilib

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2012-ci il üçün Dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. SİA-nın xəbərinə görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və cari il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Komissiyasın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-84-19. E-mail:[email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə