Böyük Britaniyanın qabaqcıl universitetlərindən biri olan East Anglia Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti universitetdə təşkil olunan və 300-ə yaxın tələbənin izlədiyi Beynəlxalq Festivalda ölkəmizi layiqincə təmsil ediblər. SİA-nın xəbərinə görə, ilk öncə, milli yeməklərimiz nümayiş olunub, kitablar, broşurlar paylanıb, tələbələrə ölkəmiz haqqında geniş şəkildə məlumat verilib.
Tədbirin ikinci hissəsində isə azərbaycanlı tələbələrdən Elçin Ağai, Əsəd Hüseynov, Nilufər Məsimova və Aysel Şəbiyeva milli rəqslərimizdən olan "Uzundərə" rəqsini ifa ediblər və bu, izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Dövlət Neft şirkənin nümayəndə heyəti də iştirak edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB