24 mart Ümumdünya Vərəmlə mübarizə günüdür. SİA-nın xəbərinə görə, 1882-ci ilin bu günkü tarixində Robert Kox vərəm törədicini –vərəm basillərini aşkar edib. Bu da vərəmin müayinəsində və müalicəsində ilk addımlardan olub.
Ümumdünya Vərəmlə Mübarizə Günündən məqsəd əhalinin qlobal vərəm epidemiyasi ilə əlaqədar məlumatını artırmaqdır. Bu gün "Vərəmi Dayandırmaq" adlı profilaktik və müalicə məqsədli bir sıra aksiyalar reallaşdırılır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmin yayılmasının və vərəmdən ölüm hadisələrinin 2015-ci ilə qədər iki dəfə azaltmaq istiqamətində bir şıra işlər aparır.
Azərbaycanda vərəmlə mübarizə üçün bu gün bəzi profilaktik tədbirlər həyata keçirilir. Bunlara misal olaraq yola saldığımız il ərzində Səhiyyə Nazirliyi tərəfindən birinci sıra vərəm əleyhinə dərman preparatlarının tam həcmdə alınması, Zaqatala və Sumqayıtda Ağ ciyər xəstəlikləri xəstəxanalarının təmir edilməsi, Referens Laboratoriyasının dövlət tərəfindən ləvazimatlarla təmini göstərmək olar. Bunlardan əlavə Elmi Tədqiqat Ağ Ciyər Xəstəliklər Institutunun (ETACXİ) nəzdnində mütəmadi olaraq təlim-treninqlər keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq, qeyd edir ki,vərəm xəstələrinin sayı ildən-ilə azalır. Bu gün "Vərəmlə mübarizə" Global Hesabatındakı yeni məlumatlar da göstərir ki, son 20 il ərzində vərəmdən ölüm halları 40% azalıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB