Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib. SİA-nın xəbərinə görə, aksiyanı fevral ayında "Qan Donorları Assosiasiyası", "Gənclərin Tohfəsi" İctimai Birliyi və "Marneuli Gənclər Mərkəzi" tərəfindən Gürcüstan və Azərbaycan gəncləri üçün təşkil olunan "Gənc qan donorları üçün qış universiteti, Gürcüstan 2012" layihəsinin gənc iştirakçıları təşkil edib. Qış universitetindən qayıdan azərbaycanlı gənclər üzərlərinə götürdükləri müqəddəs missiyanı qürurla yerinə yetirmək üçün bir araya gəlib Novruz bayramı ərəfəsində irsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s.) əziyyət çəkən uşaqlara təmənnasız qanvermə aksiyasını təşkil ediblər.
Aksiyanın digər məqsədi də bayram ərəfəsi istirahət günlərində qan ehtiyatlarının çoxaldılması və insanların qana olan ehtiyacına yardım etmək idi. Aksiya 3 saat davam etdi və bu müddət ərzində insanlar qan verməyə könüllü şəkildə qatılıblar. Aksiyada bir çox ictimai birliklərin rəhbərləri və üzvləri də iştirak ediblər. Onlar arasında Azərbaycan Respublikası Demokratik İslahatlara Vətəndaş Dəstəyi və "Gənclərin həmrəyliyinə dəstək" İctimai Birlikləri yer alıb.
Qanvermədən toplanan qanlar 1 gün sonra qan xəstələrinin müalicəsində təmənnasız istifadə olunacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB