17-21 mart tarixlərində Danimarkanının paytaxtı Kopenhagen şəhərində Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyi və Danimarka Tələbələr Birliyinin birgə təşkilatçılığı ilə 62-ci Avropa Tələbələr Konvensiyası keçirilib. SİA-nın xəbərinə görə, konvensiya zamanı əsas olaraq tələbələrin məşğulluq problemi müzakirə edilib.
38 ölkədən 45 milli tələbə birliyinin nümayəndələrinin iştirak etdiyi Konvensiyada ölkəmizi Azərbaycan Tələbələr Birliyi tərəfindən Elgün Rzazadə təmsil edib. Elgün Rzazadənin iştirakı ilə Konvensiyada mövzu ilə əlaqədar müxtəlif müzakirələr təşkil edilib. Müzakirələr zamanı səslənən fikirlər əsasında Konvensiyanın sonunda Kopenhagen Bəyannaməsi qəbul edilib.
Kopenhagen Bəyannaməsində Avropa ölkələrinin milli hökumətlərinə 10 maddədən ibarət təkliflər nəzərdə tutulub. Təkliflər mobillik proqramlarının keyfiyyəti, sosial rifah halının təmin edilməsi, Erasmus proqramı, ictimai təhsil, məşğulluğun təmin edilməsi üçün hökumət, biznes strukturları, tələbələrin üzərinə düşən öhdəlikləri və s. əhatə edib.
Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi keçirilən müzakirələrdə Qafqaz ölkələri timsalında olan problemləri və müsbət təcrübələri vurğulanıb. Məhz buna görə də ATB nümayəndəsinin Konvensiyada iştirakı yüksək qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB