Bu günlərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib. SİA-nın xəbərinə görə, əsaslı təmir və tikintidən sonra açılan 35 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyasında, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında, 3 nömrəli Doğum evində, 16 nömrəli Şəhər Poliklinikasında, 8 nömrəli Uşaq poliklinikasında, 26 nömrəli Şəhər poliklinikasında və ən nəhayət yeni tikilib istifadəyə verilən 16 nömrəli Uşaq Poliklinikasında ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb. Onlar istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub. Müəssisələrdə yaradılmış şərait əhaliyə keyfiyyətli tibbi yardım göstərmək imkanlarını daha da artıb.
Respublikada bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkədə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB