Məktəblilərin fənn olimpiadasının yekun turu keçirilir. SİA-nın xəbərinə görə, bu mərhələ 2 gün olmaqla martın 17-si və 18-i təşkil olunur.Bu mərhələdə şagirdlər Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə biliklərini yoxlayurlar. Həmin fənlər üzrə olimpiadanın yekun mərhələsi müxtəlif mərkəzlərdə təşkil olunur. İlkin olaraq ötən gün keçirilən olimpiadanın Azərbaycan dili və ədəbiyyat, o cümlədənAzərbaycanarixifənləri üzrəTəhsil Nazirliyinin nəzdində olan və F.Yusifov küçəsi 39nvanında yerləşən S.C.Pişəvəri adına humanitarfənlər gimnaziyasında baş tutub. Riyaziyyat, fizika və informatika fənləri üzrə müsabiqənin isə nazirliyin nəzdində olan və S.Dadaşov küçəsi, 555-ci məhəllə ünvanında yerləşən fizika – riyaziyyat və informatika təmayüllü liseydə, nəhayət, kimya və biologiya fənləri üzrə müsabiqənin 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən kimya – bioligiya təmayüllü liseydə keçirilib.
Bugün təşkil olunan olimpiadanın yekun turu isə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə yuxarıda göstərilən müəssisələrdə, informatika fənni üzrə isə Bakı Dövlət Universitetində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB