Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və universitetin tələbə-müəllim heyəti iştirak edib.
Bayram tədbirindən öncə ADU-nun rektoru Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 2020-ci Olimpiya və paralimpiya oyunlarına Bakının namizədliyinə dəstək çərçivəsində həyata keçirdiyi imzatoplama kampaniyasında öz vətəndaşlıq mövqeyini nümayiş etdirdi və sənədə imza atıb. Sonra S.Seyidov tələbələr tərəfindən bayram tədbirinə təqdim olunan xonçalara baxış keçirib. O, uniiversitet kollektivinin birgə hazırladığı xonçanın ən yaxşı xonça olduğunu bildirib.
Təbrik nitqi ilə çıxış edən ADU-nun rektoru Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edərək Novruz bayramı, onun tarixi, xalqımızın qədim mədəniyyətinin dünyada tanıdılmasında bu bayramın rolu, eləcə də Azərbaycan dövlətinin Novruz Bayramına verdiyi önəmdən danışıb. S. Seyidov Novruz bayramının dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeanını xüsusi xidmətləri olduğunu iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildiyini deyən S. Seyidov ölkədə aparılan islahatların ADU-nun da həyatında önəmli dönüş yaratdığını bildirib. Tədbirdə Novruz bayramının yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafi gözəlləşdirən, təbiəti oyadan, bayramlarin ən seviləni olan olduğu qeyd edilib. Novruz adət-ənənələrindən bəhs edən tamaşa təqdim edilib. Maraqlı və rəngarəng musiqi nömrələri də tamaşaçıların zövqünü oxşayıb. Bayram şənliyində Novruzun atributlarından olan Kosa və Keçəlin məzəli hərəkətləri tamaşaçılar tərəfindən təbəssümlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB