Bu gün Azərbaycan Turizm İnstitutunda Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Seyit Ahmet Arslan ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, ATİ-nin prorektoru Eldar Aslanov ali təhsil ocağının tələbə və məzunları ilə görüşə gəldiyi üçün qonağa təşəkkür edib. Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Seyit Ahmet Arslan Bakıya ilk dəfə 1990-cı ildə yanvar hadisələri zamanı gəldiyini, azərbaycanlıların hüzn içərisində olmalarına rəğmən onlara göstərdiyi böyük sayğını unutmadığını bildirib. 22 ildən sonra müstəqil Azərbaycan Respublikasına, Bakıya gəldiyinə sevindiyini, özünü doğma evindəki kimi hiss etdiyini xüsusi vurğulayıb.
Görüş iştirakçılarının marketoloq və menecer kimi fəaliyyət göstərəcəyini bildiyi üçün əvvəlcə turizmin strateji hədəflərini açıqlayıb. Seyit Ahmet Arslan təqdimat çıxışında dünyanın turizm statistikasında Türkiyənin ilk onluqda yer aldığını deyib. 2011-ci ildə dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 31 milyon nəfər turistin səfər etdiyini xüsusi vurğulayıb. Bu göstəricinin reallaşmasında əsasən reklamın, Kütləvi İnformasiya Vasitələrinin, mədəniyyət günlərinin, kino festivalların, türk seriallarının, məşhur telekanallarla müştərək reklam çarxları çəkilişlərinin, tanınmış sənət ulduzlarının, jurnalistlərin səfərlərinin, mətbuat konfranslarının, sərgilərin təşkili və keçirilməsinin böyük rolu olduğunu gizlətməyib. Bugünki seminar təqdimatın ATİ tələbə və məzunları üçün faydalı olacağına əminliyini söyləyib. Bu görüşdən razı qaldığını bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB