Halis Koyuncuoğlu: “Türkiyə və Azərbaycan arasında ortaq tarix və ortaq ədəbiyyat kitabı yazılmalıdır” - MÜSAHİBƏ
Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Halis Koyuncuoğlunun SİA-ya müsahibəsi
- Təhsil müşaviri olaraq, Azərbaycanda fəaliyyət göstərdiyiniz 4 il ərzində mövcud münasibətləri necə qiymətləndirərdiniz?
- Mən 2008-ci ildən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviriyəm və bu 4 il ərzində Azərbaycanla Türkiyənin təhsil səviyyəsi ən yüksək pillədə inkişaf edir. Azərbaycanın Təhsil Nazirliyi ilə çox yüksək səviyyədə əməkdaşlıq edilir. Deyə bilərəm ki, əməkdaşlığımız müddətində təhsilin daha keyfiyyətli olması üçün bütün qüvvəmizlə çalışırıq. Çox əminliklə vurğulamaq istəyirəm ki, təhsilimizin bugünki səviyyəsinə baxan zaman doğrudan da ciddi bir irəliləyişin olduğu hiss olunur. Bu gün Azərbaycanda dünya ilə yarışmaq üçün ciddi bir əzm var. Azərbaycan universitetləri bu gün Boloniya sisteminə keçməklə dünyaya inteqrasiya edib, məhz bu nöqtədə də Türkiyə və Azərbaycan bir-birinə daha çox yaxınlaşdı. Amma bu yetərlidirmi? soruşsanız, cavabında "yox, yetərli deyil" cavablandırardım. Çünki biz mütləq ortaq tarix və ya ortaq ədəbiyyat kitabı yazmalıyıq. Bundan əlavə, ortaq coğrafiyamız, dilimizlə bağlı ortaq kitablarımız olmalıdır. Bu istiqamətdə də Təhsil Nazirliyi ilə birgə layihələri aparılır. Türkiyənin Milli Egitim Bakanlığı da bu məsələlər çox müsbət yanaşır. Bu məsələlər öz həllini tapandan sonra bir-birinə qardaş olan bu ölkələr bir-birini daha yaxşı anlayacaq. Bu gün bəlkə də bir-iki kəlmə və ya cümlənin başa düşülməsində çətinlik varsa, mövcud layihələr reallaşandan sonra insanlar bir-birini daha yaxşı başa düşəcək.
Bu məsələlər öz həllini taparsa, yaxın gələcəkdə dil mərkəzlərinə də ehtiyac qalmayacaq. Deyə bilərəm ki, yola saldığımız bu illər ərzində çox böyük məsafə qət edə bilmişik. Aydın şəkildə deyim ki, Türkiyə və Azərbaycan münasibətləri türk ölkələrinin müstəqillik qazanmasından sonra yox, ondan da əvvəl mövcud idi. Sadəcə olaraq ondan sonra daha da möhkəmləndi. Ulu öndər heydər Əliyevin tapşırığından sonra, dünyada ilk olaraq Türk litseyi Naxçıvanda açılıb. Onun davamı olaraq da bu gün Azərbaycanda türk təhsili və türk litseyləri fəaliyyətini ciddi olaraq davam etdirir. Onların bir-birindən uğurlu nailiyyətləri də bizi çox xoşbəxt edir. Əlbəttə, hər ölkədə səfirliklərimiz olacaq, onlar bizim dövlət adından böyüklərimizdir. Amma hər bir tələbəni səfir, böyük bir elçi kimi görürəm. Nə qədər bizim tələbələrimiz Türkiyədən bura gələrsə, nə qədər sizin tələbələriniz burdan ora gedərsə, bizim yaxınlığımız, qardaşlığımız da o qədər tez olar. Bu yaxınlarda gördünüz ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Taksim meydanında vəziyyət necə idi. Oradakı türk birliyini bütün dünya gördü. Bütün dünyaya bəyan oldu ki, Azərbaycan və Türkiyənin birləşməsini, qardaşlığını, bərabərliyini, yaxınlığını heç kim poza bilməz.
- Azərbaycan və Türkiyə arasındakı diplomların tanınması məsələsi mövcud problemlər nədən ibarətdir?
- Bu gün deyə bilərəm ki, Türkiyədə təhsil alaraq Azərbaycana qayıdan gənclərin burada heç bir problemlə rastlaşmır. Eləcə də Türkiyədə belə bir problem mövcud deyil. Çünki aparılan əməkdaşlıq və görülən işlər nəticəsində hər iki tərəfin diplomları tanınır. Bu problemlər geridə qalıb və ciddi məsələlər yoxdur.
- Bu gün Türkiyədə nə qədər azərbaycanlı təhsil alır və vəziyyət necədir?
- Demək olar ki, Türkiyədən 3500-ə yaxın tələbə təhsil alır. Bəlkə qeydiyyatda olmayan da 500-ə yaxını var. Böyük sevinclə deyirəm ki, hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı daha çoxdur. Əvvəllər bu rəqəm az idi, lakin indi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3500-dən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB