Məleykə Abbaszadə: “Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldıracaq”
"Təhsil Nazirliyi bu il çap ediləcək "Tarix" dərsliklərindəki nöqsanları aradan qaldıracaq". SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin birgə iştirakı ilə müzakirələr aparılıb. Müzakirələr nəticəsində "Tarix" dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb.
Qeyd edək ki, bu gün Təhsil Nazirliyi ilə TQDK mütəxəssisləri birgə "Biologiya" dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB