Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir. Növbəti görüş Azərbaycan Müəllimlər İnstitutunda keçirilib.
Komissiyadan SİA-ya verilən məlumata görə, görüşdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin böyük məsləhətçisi Rauf Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini R.Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib.
Daha sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi R.Əliyev dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatla çıxış edib.
Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, ilk görüş 2012-ci il 14 mart tarixdə Azərbaycan Texniki Universitetinin tələbələri ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB