Magistratura üzrə ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramları çap olunub
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və
ixtisaslaşmalar üzrə qəbul proqramlarını çap edib. SİA-nın verdiyi xəbərə görə, "Magistr" jurnalının 3-cü sayında ali
təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul
proqramları dərc olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında
bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə
tanış olan, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün
tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının
birinci mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən
ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq
proqram əsasında imtahanların ikinci mərhələsinə hazırlaşmalıdırlar.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci
mərhələsi martın 4-də keçirilib. Bu mərhələdə bakalavrın ümumi intellekt
səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə
yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB